Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Qazaxıstanda Ural-Xəzər kanalının dərinləşdirilməsi işlərinə vaxtından əvvəl başlanılıb

Ural-Xəzər kanalının Atırau vilayətində su axını hissəsinin dərinliyinin 50 santimetrdən 1,5 metrə, eninin isə 20 metrə çatdırılması planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, daşqın vəziyyətində bu tədbirlər kanaldan böyük miqdarda suyun səmərəli şəkildə dənizə axıdılmasını asanlaşdırmalıdır.

Rayon akimliyindən bildirilib ki, dibdərinləşdirmə işləri avqust ayına nəzərdə tutulsa da, daşqınların qarşısını almaq üçün əvvəlcədən görülməyə başlanılıb. Ural çayının ağzı dayazlaşıb və bu, gəmiçiliyə mənfi təsir edir.

Tikinti, memarlıq və şəhərsalma departamentinin rəhbəri Talqat Bisen bildirib ki, “Dərinləşdirmə işləri kifayət qədər su gələnə kimi davam edəcək”.

Onun sözlərinə görə, layihə respublika büdcəsi hesabına maliyyələşdirilib. Kanalın uzunluğu 56 km-dir. Daşqın təhlükəsi səbəbindən işlərə mümkün qədər tez başlamaq lazım gəlib. Dərinləşdirmə işləri 13,5 km-dən artıq sahədə aparılacaq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır