Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Yeni konteyner gəmisi “Astrid Maersk” adlandırılıb

Yokohamadakı (Yaponiya) Daikoku kruiz terminalının körpüsündə Danimarkanın “Maersk” xətti gəmiçilik şirkətinin metanolla işləyəcək 18 konteyner gəmisindən ikincisinin rəsmi adlandırma mərasimi keçirilib. Gəmiçiliyin mətbuat xidməti xəbər verir ki, gəmi “Astrid Maersk” adlandırılıb.

Seriyanın konteyner gəmiləri 2024-2025-ci illər ərzində sifarişçiyə təhvil veriləcək.

2040-cı ilə qədər öz donanmasından xalis sıfır emissiyaya nail olmağı öhdəsinə götürən “Maersk” metanolla işləyən 18 böyük gəmi sifariş edib və 25 konteyner gəmisini yaşıl metanolla işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz edir. Bunlara 2023-cü ilin sentyabr ayından fider xidmətləri göstərən “Laura Maersk”, eləcə də Cənubi Koreyanın “Hyundai Heavy Industries” (“HHI”) gəmiqayırma zavodunda inşa edilmiş 16 000 TEU-luq metanolla işləyən konteyner gəmisi “Ane Maersk” daxildir. Gəmi 2024-cü ilin yanvarından Asiya-Avropa marşrutunda  istismar edilir. O, metanol, biodizel və adi dəniz yanacağı ilə işləyə bilər.

“A.P. Moller-Maersk” 130-dan çox ölkədə fəaliyyət göstərən ən böyük beynəlxalq şirkətlər qrupudur. Qrupa daxil olan “Maersk Line” dünyanın  nəhəng xətti konteyner daşıyıcısıdır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır