Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-14,
Seanews
Heyder Eliyev

"Advantage Tankers" "VLCC" seqmentində genişlənməyə davam edir

"Advantage Tankers" şirkəti daha iri tutumlu tanker seqmentində genişlənmə strategiyası çərçivəsində Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma şirkətinə daha bir "VLCC" (çox böyük xam neft tankeri) sifarişi verib.

"Seanews.az" xəbər verir ki, şirkət Okpo şəhərində yerləşən t sanədə 320.000 DWT tutumlu üçüncü gəmi üçün əvvəldən əldə etdiyi əlavə sifariş hüququndan istifadə edib. Bununla da, "Advantage Tankers"-in sifariş verdiyi yeni tikinti gəmilərinin ümumi sayı 4-ü VLCC olmaqla, 10-a çatıb.

Son sifarişin qiyməti hələ açıqlanmasa da, aprel ayında verilmiş iki analoji gəminin hər birinin təxminən 129,7 milyon ABŞ dolları dəyərində olduğu bildirilmişdi.

2014-cü ildə təsis olunmuş "Advantage Tankers" hazırda 6-sı VLCC olmaqla, təxminən 25 gəmilik çoxşaxəli tanker donanmasına malikdir.

Yeni "VLCC"-lərin Cənubi Koreyanın “Hanwha Ocean” tersanəsində (əvvəlki adı ilə Daewoo Shipbuilding & Marine Engineering — DSME) inşası davam edir. Gəmilərin 2027-ci ilin ikinci və üçüncü rüblərində təhvil verilməsi nəzərdə tutulur. Bundan əlavə, Çindəki "Jiangsu Hantong Ship Heavy Industry" tərsanəsində inşası davam edən bir "VLCC"-nin də 2026-cı ilin sonuna "Advantage Tankers" donanmasına qoşulması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır