Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-09,
Seanews
Heyder Eliyev

Trieste limanının 95 min m²-lik sahəsi satışa çıxarılır

İtaliyanın Trieste liman ərazisində yerləşən ümumilikdə 95 min m²-lik sahə satışa çıxarılacaq. 

"Seanews.az" xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin Beynəlxalq Xidmətlər Ticarəti Baş İdarəsindən məlumat verilib. 

Bildirilib ki, sahədəki köhnə binaların söküntü işləri artıq başlayıb. Söküntü işləri başa çatdıqdan sonra torpağın bərpası və təmizlənməsi işləri həyata keçiriləcək. Bu prosesin 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Sahənin 57 min m²-lik hissəsi istehsal və ya digər müəssisələrin tikintisi üçün istifadə oluna bilər. Liman sərhədləri daxilində yerləşməsi bu ərazini Azərbaycan üçün potensial logistika bazası halına gətirir.

Rəsmi şəxslər bildiriblər ki, sahənin mövqeyi və ölçüsü beynəlxalq ticarət və logistika fəaliyyətləri üçün mühüm imkanlar təqdim edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır