#XanımlarGəmiçilikdə: Atasının yolu ilə uğurla addımlayan xanım - VİDEO
Ayşən Yunusli gəmiçilik sahəsində təxminən 15 illik təcrübəyə malikdir. Hazırda ADDA-da “Gəmi sürücülüyü” ixtisası üzrə təhsil alaraq peşəkar biliklərini daha da dərinləşdirir.
O bu yaxınlarda Beynəlxalq Dəniz Təşkilatının (IMO) təqaüdünü qazanaraq “Women’s Leadership and Empowerment” proqramını tamamlayan ilk azərbaycanlı xanım olub.
Fərdi uğurlarla kifayətlənməyən Ayşənin məqsədi həm də dənizçilik sahəsində çalışan qadınların peşəkar inkişafına dəstək olmaqdır.
#XanımlarGəmiçilikdə layihəmizdə atasının yolunu qürurla davam etdirən gənc xanımın uğur hekayəsini sizinlə paylaşırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

