ASCO-nun komandası “GİNius” intellektual yarışında növbəti mərhələyə yüksəlib
Aprelin 4-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar arasında keçirilən qurumlararası II “GİNius” intellektual yarışının növbəti mərhələsi baş tutub.
Azərbaycan İdman Akademiyasında keçirilən bilik yarışında ümumilikdə 16 qurum təmsil olunub.
Komanda ruhunun gücləndirilməsi, çevik qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunan bu mərhələdə 9 komanda fərqlənib.
Yekun nəticələrə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Regional İnkişaf” İctimai Birliyi, Maliyyə Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi növbəti mərhələyə yüksəliblər.

