Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-08,
Seanews
Heyder Eliyev

IMO baş katibi 2026-cı il üçün əsas prioritetləri açıqlayıb

Beynəlxalq Dənizçilik Təşkilatının baş katibi Arsenio Dominguez 2026-cı il üçün təşkilatın əsas fəaliyyət istiqamətlərini Yeni il müraciətində açıqlayıb.

Video müraciətində Arsenio Dominguez bildirib ki, 2026-cı il IMO üçün qərarlardan təcrübəyə keçid ili olacaq və əsas məqsəd qəbul edilən qərarların icrasına nail olmaqdır. Onun sözlərinə görə, bu yanaşma IMO-nun 2026-cı il üçün müəyyən etdiyi “Siyasətdən təcrübəyə – dənizçilikdə mükəmməlliyə doğru” mövzusunda da əksini tapır.

Baş katib qeyd edib ki, dənizçilərin hazırlanması əsas prioritetlərdən biri olacaq və bu çərçivədə STCW Konvensiyasının – dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbəçəkmə qaydalarını müəyyən edən beynəlxalq konvensiyanın (International Convention on Standards of Training, Certification and Watchkeeping for Seafarers) yenilənməsi üzrə işlərə başlanılacaq. Yenilənmə prosesində yeni texnologiyalar, alternativ yanacaqlar və sahədə dəyişən tələblər nəzərə alınacaq.

Dekarbonizasiya sahəsində dənizçilik sektorunda istixana qazı emissiyalarının 2050-ci ilə qədər azaldılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib. Eyni zamanda, özünüidarə edən gəmilər üzrə beynəlxalq qaydaların yekunlaşdırılmasının da gündəmdə olduğu vurğulanıb.

Arsenio Dominguez həmçinin IMO-nun Açıq dənizlər haqqında sazişin bu ay qüvvəyə minməsi fonunda onun icrasına dəstək verməyə davam edəcəyini qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır