Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-08,
Seanews
Heyder Eliyev

Şəhid məzun İlqar Əhmədovun xatirəsi yad edilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 1994–1998-ci illərdə Bakı Dəniz Yolları Məktəbində təhsil almış şəhid İlqar Əhmədovun xatirəsi anılıb.

Şəhidin doğum gününə həsr olunan tədbirdə iştirak edən ailə üzvlərinə dərin ehtiram bildirilib, İlqar Əhmədovun əziz xatirəsinin hər zaman uca tutulduğu vurğulanıb.

Akademiya əməkdaşları şəhid İlqar Əhmədovun tələbəlik illərində nümayiş etdirdiyi nümunəvi davranış və yüksək mənəvi keyfiyyətlərdən bəhs ediblər. Həmçinin 1994–1998-ci illərdə Bakı Dəniz Yolları Məktəbinin tələbələrinin göstərdiyi şücaət və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əsgərlərimizin qəhrəmanlığı xatırladılıb. Tələbələr şəhidin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Daha sonra şəhidin anası Leyla Əhmədova və digər ailə üzvləri İlqar Əhmədovla bağlı xatirələrini bölüşərək tədbirin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

İlqar Əhmədov 04 aprel 1978-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dəniz Yolları Məktəbinə Elektromexanika ixtisası üzrə qəbul olan İlqar 1998-ci ildə hərbi xidmətə yollanaraq Tərtər rayonunda kəşfiyyatçı kimi xidmət edib. O, 26 yanvar 2000-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır