Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-25,
Seanews
Heyder Eliyev

25 İyun  Dənizçi Günüdür - VİDEO

“Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə təsis olunub. Sərancamala hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında Dənizçi Günü peşə bayramının qeyd edilməsi qərara alınıb.

Bu, bütün Azərbaycan dənizçilərinin gərgin, lakin şərəfli əməyinə dövlət başçısının verdiyi çox yüksək qiymətdir.

Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanımızın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Onlar həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar.

Ölkəmizdə gəmiçiliyin qədim tarixi var. Sovet İttifaqı dövründə Ümummilli Lider Heydər Əliyev respublikamızda bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Müstəqillik illərində də bu mühüm sahə, Xəzər donanması məhz Ulu Öndərin sayəsində qorunub saxlanılıb, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında dəniz limanlarının, habelə Gəmiqayırma zavodu, gəmi təmiri müəssisələrinin işi daha da təkmilləşdirilib.

Hər ilin 25 iyun tarixi dünyada da Dənizçi Günü kimi qeyd edilir.

2025-ci ildə bu əlamətdar gün mürəkkəb beynəlxalq vəziyyət – müharibələr və silahlı münaqişələrin artması fonunda qeyd olunur. Bu ilin mövzusu olan “Mənim təcavüzdən azad gəmim” hər bir dənizçinin dənizdə özünü təhlükəsiz, dəyərli və qorunmuş hiss etdiyi bir mədəniyyəti təşviq etməkdən ibarətdir. 

Həyatını çətin və şərəfli peşəyə həsr etmiş, cəmiyyətimizin fəal üzvləri olan və iqtisadiyyatımızın inkişafında böyük rol oynayan dənizçiləri peşə bayramlarını münasibətilə təbrik edir, hər birinə fəaliyyətlərində uğurlar arzulayırıq. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır