Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-17,
Seanews
Heyder Eliyev

Gəmi tikintisində yeni standart: 3D modelləşdirmə sınaqdan keçirilir

“ClassNK” təsnifat cəmiyyəti gəmi sertifikatlaşdırılması prosesində 2D çertyojlardan 3D modellərə keçidin mümkünlüyünü yoxlayır. Bu məqsədlə yeni 3D Model Əsaslı Təsdiq (3DMBA) sisteminin pilot sınaqlarına başlanılıb.

“Seanews.az” xəbər verir ki, layihədə Yaponiyanın 10 aparıcı gəmiqayırma şirkəti iştirak edir. Sınaqlar NK-PASS təsdiq idarəetmə sistemi üzərində aparılır və beynəlxalq Open Class 3D Exchange (OCX) standartına uyğun 3D modellərin qəbulunu əhatə edir. Bu standart gəmi layihə məlumatlarının rəqəmsal formatda maneəsiz mübadiləsinə imkan verir.

Yeni sistemin əsas məqsədi layihələrdəki dəyişiklikləri və potensial xətaları daha erkən mərhələdə aşkar etməkdir. Çünki bu kimi texniki problemləri ənənəvi 2D çertyojlarda müəyyən etmək bəzən çətin olur.

Pilot mərhələdə keçid dövrünün tələbi kimi 3D modellərin 2D çertyojlarla birgə istifadəsi və məlumatların qarşılıqlı uyğunluğu da yoxlanılacaq. “ClassNK” layihənin nəticələrinə əsasən 3DMBA sistemi üzrə təlimat hazırlamağı və onu sənaye üçün 2026-cı ilin yazında təqdim etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır