Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-14,
Seanews
Heyder Eliyev

IMO 2026–2027-ci illər üçün Dünya Dənizçilik Gününün mövzusunu elan edib

“Siyasətdən icraya: dənizçilikdə mükəmməlliyə doğru” devizi Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2026 və 2027-ci illər üzrə Dünya Dənizçilik Günü üçün seçilmiş rəsmi mövzu olub.

Ənənəvi olaraq hər il sentyabrın sonuncu cümə axşamı qeyd edilən bu gün 2026 və 2027-ci illərdə məhz bu mövzu ətrafında qeyd olunacaq.

Bu qərar 7–11 iyul tarixlərində Londonda keçirilmiş IMO Şurasının 134-cü sessiyasında qəbul edilib.

Baş katib Arsenio Dominqesin təklifi əsasında mövzunun iki il müddətinə qüvvədə qalması dəstəklənib.

Bu mövzu IMO-nun siyasət qərarlarını əməli nəticələrə çevirmək öhdəliyini, eləcə də ümumdünya dənizçilər, dövlətlər və cəmiyyətlər üçün real faydalar yaratmaq istəyini nümayiş etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır