Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-01,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında ilk hücum - neft tankeri vuruldu

Oman Dəniz Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, Hörmüz boğazında, Musandam sahilləri yaxınlığında neft tankerinə hücum edilib. Hadisə nəticəsində 4 nəfər yaralanıb.

“Seanews.az” xəbər verir ki, Hörmüz boğazında gəmiyə qarşı ilk hücum bazar günü səhər saatlarında baş verib. Oman Dəniz Təhlükəsizliyi Mərkəzi bəyan edib ki, Palau Respublikasının bayrağı altında üzən "Skylight" adlı neft tankeri Xasab limanından təxminən beş dəniz mili (9,26 km) şimalda hədəf alınıb.

Oman hakimiyyət orqanlarının "X" platformasında paylaşdığı rəsmi açıqlamada gəmidə 15-i Hindistan, 5-i isə İran vətəndaşı olmaqla cəmi 20 heyət üzvünün olduğu və onların hamısının təxliyə edildiyi təsdiqlənib. İlkin məlumatlar ən azı dörd nəfərin yaralandığını və onların tibbi yardım almaq üçün xəstəxanaya köçürüldüyünü göstərir.

Gəmiyə kimin hücum etdiyi hələlik rəsmən təsdiqlənməsə də, bu hadisə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) şənbə günü Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün bağlandığını elan etməsindən sonraya təsadüf edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır