Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Konteyner gəmilərinin mühərrikləri metanolla işləmək üçün təkmilləşdirilir

Almaniyanın “Hapag-Lloyd” gəmiçilik şirkəti “Seaspan Corporation” qrupu ilə adi “MAN S90” seriyalı mühərriklərlə təchiz edilmiş beş konteyner gəmisinin modernləşdirilməsi üçün müqavilə bağlayıb. Mühərriklər metanol daxil olmaqla iki yanacaq rejimində işləmək üçün təkmilləşdiriləcək.

Gəmiçiliyin mətbuat xidmətinin məlumatına görə, “Hapag-Lloyd” bu gəmiləri “Seaspan” şirkəti ilə uzunmüddətli çarter müqaviləsi əsasında götürüb.

Güc qurğularının modernləşdirilməsi işləri 10,1 min TEU tutumlu “Seaspan Amazon”, “Seaspan Ganges”, “Seaspan Thames”, “Seaspan Yangtze” və “Seaspan Zambezi” konteyner gəmilərində aparılacaq.

Bir gəminin yenidən qurulması təxminən 80-90 gün çəkəcək. Layihəyə 2026-cı ilin birinci rübündə start veriləcək. Modernləşdirmə “Hapag-Lloyd”-a təxminən 120 milyon dollara başa gələcək.

“Seaspan Corporation” (“Atlas Corp.”-un törəmə şirkəti)” tərəfindən idarə olunan donanma ümumi tutumu 1,1 milyon TEU olan 131 gəmidən ibarətdir. 70 gəmini əhatə edən gəmiqayırma proqramı tamamlandıqdan sonra “Seaspan”-in donanmasının ümumi yük tutumu 1,9 milyon TEU-nu keçəcək.

“Hapag-Lloyd” transatlantik, Yaxın Şərq, Latın Amerikası və Şimali Amerika konteyner xidmətləri ilə yük daşıyan ən böyük gəmiçilik şirkətlərindən biridir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır