Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

ASCO yeni vakansiyalar elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) kapitan, kapitanın böyük köməkçisi, böyük mexanik, ikinci mexanik vəzifələri üzrə vakansiyalar elan edib. Namizədlər vakansiyalara elektron qaydada 30 aprel 2024-cü ilədək aşağıdakı keçidlər vasitəsilə müraciət edə bilərlər: 

Kapitan: https://www.asco.az/az/pages/6/65/vacancy/12533  

Kapitanın böyük köməkçisi: https://www.asco.az/az/pages/6/65/vacancy/12539

Böyük mexanik: https://www.asco.az/az/pages/6/65/vacancy/12530

İkinci mexanik: https://www.asco.az/az/pages/6/65/vacancy/12534 

Həmçinin ASCO “Aframax” tipli tankerlər üçün də komandir və sıravi heyət üzvlərinin işə qəbulunu davam etdirir.  Bu vakansiyalara namizədlər elektron qaydada 05 may 2024-cü ilədək aşağıdakı keçidlər vasitəsilə müraciət edə bilərlər:

“Aframax” tipli gəmiyə komandir heyəti:   https://www.asco.az/az/pages/6/65/vacancy/12525

“Aframax” tipli gəmiyə sıravi heyət: https://www.asco.az/az/pages/6/65/vacancy/12526

ASCO yeni alınacaq “Handsyze” tipli quru yük gəmilərində işləmək üçün heyət üzvlərinin (həm komandir, həm də sıravi heyət) də  işə qəbulunu elan edib. Namizədlər bu vakansiyalara elektron qaydada 05 may 2024-cü ilədək aşağıdakı keçidlər vasitəsilə müraciət edə bilərlər: 

“Handysize” tipli gəmiyə komandir heyəti - https://www.asco.az/az/pages/6/65/vacancy/12551

“Handysize” tipli gəmiyə sıravi heyət  - https://www.asco.az/az/pages/6/65/vacancy/12550

Qeyd edək ki, vakansiyalara müraciət zamanı məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim olunmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır