Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

Xəzər Dəniz Neft Donanmasında ekologiya mövzusunda maarifləndirici tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında (XDND) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndlərinin iştirakı ilə ekologiya mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə danışılıb.

Tədbir zamanı istehsalatın hər bir sahəsində ətraf mühitin qorunmasının vacibliyi qeyd edilib, eləcə də müxtəlif növ tullantıların toplanması, saxlanılması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmi barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır