Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb

2024-cü ilin yanvar-aprel aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 208,89 milyon tona çatıb.

“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 11% artaraq 70,53 milyon tona, balker yüklərinin işlənməsi isə 28,2% artaraq 9,38 milyon tona çatıb.

Hesabat dövründə ümumi konteynersiz malların aşırılması 9,4% azalaraq 8,22 milyon tona düşüb.

Dörd ay ərzində limanın konteyner dövriyyəsi 8,8% artaraq 13,36 milyon TEU təşkil edib.

Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2023-cü ildə Sinqapur limanında 591,7 milyon ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır