

İndoneziyanın qərbində qayığın batması nəticəsində 11 nəfər itkin düşüb
İndoneziyanın Qərbi Sumatra əyalətindəki Mentavay adaları yaxınlığında qayığın batması nəticəsində 11 nəfər itkin düşüb, 7 nəfər isə xilas edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli xilasetmə agentliyi məlumat yayıb. Bildirilib ki, qəzanın başvermə səbəbi hava şəraitinin pis olmasıdır.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır