Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-16,
Seanews
Heyder Eliyev

ASCO mütəxəssis və aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya elan edib

ASCO-nun Strateji inkişaf və investisiya layihələri departamentində mütəxəssis və aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya elan edilib.

Namizədlərdən aidiyyəti istiqamət üzrə ali təhsil tələb olunur. Müvafiq sahə üzrə magistr dərəcəsinin və sertifikatların olması arzuolunandır. İngilis dilində sərbəst ünsiyyət bacarığı, rus dili biliyi isə üstünlük hesab olunur. Analitik təhlil, bazar araşdırmalarının aparılması, iqtisadi, maliyyə və investisiya, eləcə də strategiya və strateji idarəetmə sahələri üzrə biliklər, kommersiya və maliyyə modelləri ilə işləmək bacarığı əsas tələblər sırasındadır.

Namizədlər vakansiyaya 30 yanvar 2026-cı il tarixinədək müraciət edə bilərlər. Müraciət zamanı məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

Vakansiyalara elektron qaydada aşağıdakı linklər vasitəsilə müraciət etmək mümkündür:

Mütəxəssis: https://www.asco.az/az/pages/6/65/vacancy/12591 

Aparıcı mütəxəssis: https://www.asco.az/az/pages/6/65/vacancy/12592 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır