Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-16,
Seanews
Heyder Eliyev

“Viam” və “Rivertrace” süni intellektlə dənizdə ekoloji nəzarəti gücləndirir

Dəniz robototexnikası və avtomatlaşdırma üzrə proqram platforması təqdim edən “Viam” şirkəti suda neft tərkibinə nəzarət üzrə qlobal istehsalçı “Rivertrace” ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində “Viam”ın süni intellekt və avtomatlaşdırma texnologiyaları “Rivertrace”in gəmilərdə istifadə olunan suda neft miqdarını ölçən monitorları ilə inteqrasiya edilir. Bu, ekoloji göstəricilərin real vaxt rejimində avtomatik və dəqiq qeydə alınmasına imkan yaradır.

İndiyədək bu məlumatlar əsasən əl ilə qeydə alınırdı ki, bu da uyğunsuzluq və səhv riskləri yaradırdı. Yeni həll ekoloji tələblərə əməl olunmasını asanlaşdırır, dəniz mühitinin qorunmasına və əməliyyat risklərinin azalmasına töhfə verir.

Beynəlxalq qaydalara əsasən, gəmilərdən axıdılan suda neftin miqdarı adətən milyonda 15 hissədən artıq olmamalıdır. Süni intellekt əsaslı sistem bu həddə nəzarəti gücləndirir və pozuntuların qarşısının vaxtında alınmasına imkan verir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır