Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-03,
Seanews
Heyder Eliyev

Avtonom gəmilər üçün İnteqrasiya Olunmuş Platforma Monitorinq Sistemi (IPMS) istifadəyə verilib

“ACUA Ocean” şirkəti avtonom gəmilər üçün İnteqrasiya Olunmuş Platforma Monitorinq Sistemi (IPMS) olan “FleetMind”in istifadəyə verildiyini elan edib.

“Seanews.az” xəbər verir ki, bu sistem həm gəminin süni intellekt vasitəsilə avtonom idarə edilməsini təmin edir, həm də mühərrik, enerji və struktur vəziyyəti kimi göyərtə sistemlərini vahid interfeys üzərindən izləyir.

Bu texnologiya gəminin performansı və texniki xidmətinin təhlili üçün əldə edilən məlumatları vahid "məlumat göllərində" (data lakes) cəmləşdirir.

Texnologiya ilk dəfə 2025-ci ilin ikinci rübündə "USV Pioneer" pilotsuz gəmisində tətbiq edilib. O vaxtdan bəri sistem suda 7000 saatdan çox əməliyyat yerinə yetirib və gəminin xüsusiyyətləri haqqında saniyəaltı (anında) məlumatlar təqdim edərək 25 milyarddan çox məlumat nöqtəsi toplayıb.

İnterfeys sahil operatorlarının koqnitiv yükünü azaltmaq və Böyük Britaniyanın "Workboat Code 3" qaydalarına uyğunluğu təmin etmək üçün “Lloyd’s Register”in "İnsan faktorları" komandası ilə məsləhətləşmələr əsasında hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır