Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-02,
Seanews
Heyder Eliyev

Gəmiçilikdə bioyanacaq tətbiqinin kəskin artması yeni risklər yaradır

Dəniz nəqliyyatı sektorunda dekarbonizasiya üçün ən əlverişli yol hesab olunan bioyanacaqlardan istifadə kəskin artıb. Lakin "NorthStandard" sığorta klubunun yayımladığı yeni hesabat gəmi sahiblərini bu keçid zamanı ehtiyatlı olmağa çağırır.

“Seanews.az” Rotterdam mərkəzli "Veritas Petroleum Services" (VPS) agentliyinə istinadən xəbər verir ki, bioyanacaq tətbiqi 2021–2025-ci illər arasında 1200% artaraq 1 milyon tona çatıb. Hazırda əsasən 5–10%-lik bio-qarışıqlardan istifadə olunsa da, sərtləşən beynəlxalq qaydalar bu payın 2040-cı ilə qədər 30–40%-ə çatdırılmasını tələb edəcək.

"NorthStandard" ekspertləri xəbərdarlıq edirlər ki, bioyanacaqların keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Xüsusilə "B100" (100% təmiz bioyanacaq) kimi təqdim edilən yanacaqların bəzən gözlənilməz fəsadlar verdiyi aşkar olunub. Əsas texniki risklərə mühərrikin aşınması və ya korroziyası, filtrlərin tutulması, çöküntü (sludging) yaranması, yanacağın qeyri-sabitliyi və zəif alışma qabiliyyəti daxildir.

VPS-in layihə direktoru qeyd edir ki, FAME (piy turşusu metil efirləri) və HVO (hidrotəmizlənmiş bitki yağı) artıq sınaqdan çıxmış texnologiyalardır. Lakin CNSL (anakardiya qabığı mayesi) kimi yeni növ xammallardan hazırlanan yanacaqlara qarşı daha ehtiyatlı yanaşmaq lazımdır. Gəmi sahiblərinə müqavilələrdə sertifikatlaşdırma və tədarük zəncirinin sənədləşdirilməsinə xüsusi diqqət yetirmək tövsiyə olunur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır