Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Yanvar-martda ASCO gəmiləri ilə daşınan yükün həcmi açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə 2024-cü ilin 1-ci rübündə daşınan yükün həcmi məlum olub.

Cari ilin yanvar-mart ayı ərzində ASCO-ya məxsus tankerlərlə ümumilikdə 960 796 ton xam neft və neft məhsulu çatdırılıb.

Bu dövrdə bərə gəmiləri ilə 8847 ədəd vaqon daşınıb. Həmçinin 8535 ədədi TIR, 615 ədədi minik maşını olmaqla, gəmi-bərələrlə 9150 ədəd avtonəqliyyat vasitəsi aparılıb.

Bundan başqa, ötən üç ayda bərələrlə 6172 sərnişin daşınıb.

Hesabat dövründə universal quru yük gəmiləri ilə daşınmaların payı isə 154 988 ton olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır