Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-11,
Seanews
Heyder Eliyev

Kruiz gəmisində yaranmış texniki nasazlıq səbəbindən 2381 sərnişinin səfər planı pozulub

"Celebrity Cruises" şirkətinə məxsus “Celebrity Infinity” kruiz gəmisi bir neçə gündür Türkiyənin Kuşadası limanında lövbər salıb. Səbəb elektrik problemi olub.

"Seanews.az" xəbər verir ki, texniki nasazlıq səbəbindən gəminin Yunanıstandakı Mykonos, Kavala və Saloniki limanlarına nəzərdə tutulan səfərləri ləğv edilib.

Bununla belə, şirkət yaranmış vəziyyətin 2.381 sərnişinin istirahətinə mənfi təsir göstərməməsi üçün əlavə tədbirlər görüb. 10 iyul tarixində 7 müxtəlif pulsuz ekskursiya təşkil olunub. Sahil turlarının bütün xərcləri “Celebrity Cruises” tərəfindən qarşılanıb. Sərnişinlər bu ekskursiyalara mobil tətbiq vasitəsilə yazıla biliblər.

Həmçinin gəmidə xidmət və əyləncə imkanları fasiləsiz həyata keçirilir. Turistlər yaranmış vəziyyətdən maksimum yararlanaraq istirahətlərini davam etdirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır