Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-11,
Seanews
Heyder Eliyev

Qırmızı dənizdə itkin düşən 11 dənizçidən 6-sı husilərin əlində ola bilər

Qırmızı dənizdə batırılmış “Eternity C” gəmisindəki 11 itkin dənizçidən 6-sının Husi qüvvələri tərəfindən saxlandığı ehtimal edilir.

"Seanews.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Husilərin nümayəndəsi bəyan edib ki, onlar bir neçə heyət üzvünü xilas edərək tibbi yardım göstəriblər və təhlükəsiz yerə aparıblar. Lakin ABŞ-nin Yəməndəki səfirliyi bunun əksini iddia edərək, husiləri gəmi heyətini qaçırmaqda və xilasetmə işlərinə mane olmaqda günahlandırıb.

Xatırladaq ki, Yunanıstana məxsus və Liberiya bayrağı altında üzən “Eternity C” gəmisində ümumilikdə 25 nəfər olub. Hücum nəticəsində gəmi batıb, 10 nəfər sağ xilas edilib, 4 nəfər ölüb, 11 nəfər isə itkin düşüb. 

Bu, Qırmızı dənizdə husilər tərəfindən son günlərdə batırılan ikinci gəmi idi. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır