Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

101 ölkə Dəniz Əmək Konvensiyasını ratifikasiya edib

“Seanews.az” xəbər verir ki, 31 mart 2022-ci il tarixinə Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzvü olan 101 dövlət Dəniz Əmək Konvensiyasını düzəlişlərlə ratifikasiya edib.

Dünya Dəniz Universitetinin prezidenti Kleopatra Dumbiya-Henrinin fikrincə, bu gün ticarət donanmasının dənizçiləri fasiləsiz qlobal daşınmanı təmin etdiklərinə görə həmişəkindən daha çox tərifə layiqdirlər. O, deyib:”Onlar bizə ehtiyacımız olan malları və əşyaları əldə etmək imkanı yaradırlar. Mən konvensiyanı imzalayan bütün ölkələrə hörmətimi ifadə  edirəm və digər dövlətlərin hakimiyyət orqanlarını da bu mühüm və tarixi sənədi ratifikasiya etməyə çağırıram”.

Xatırladaq ki, Dəniz Əmək Konvensiyası 2006-cı il fevralın 23-də BƏT-in Cenevrədə keçirilən Baş Konfransının 94-cü sessiyasında qəbul edilib. 2012-ci il  avqustun 20-dək  ümumi tonajı 33%-dən çox olan 30 ölkə onun qüvvəyə minməsi üçün iki məcburi şərti yerinə yetirərək sənədi ratifikasiya edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır