Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

“Dəniz kuboku” müsabiqəsinə yekun vurulub

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsinə yekun vurulub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iştirakçı ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Hava hədəfinə artilleriya atışı”, “Xilasetmə vasitələrinin istifadəsi”, “Gəminin lövbərə və çəlləyə durması” çalışmalarını icra ediblər.
Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.

“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi və qalib komandaların mükafatlandırma mərasimi sentyabrın 4-də keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır