Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Aydın Bəşirov vəfat edib

Bütün ömrünü dənizçiliyə həsr etmiş, dəniz nəqliyyatının inkişafında xüsusi xidmətləri olan uzaq səfərlər kapitanı,  keçmiş Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin rəisi Aydın Ağəmi oğlu Bəşirov 2019-cu il dekabrın 28-də, ömrünün 72-ci ilində vəfat edib.

Aydın Bəşirov 1947-ci il iyunun 29-da Bakıda dünyaya göz açıb. 1962-1967-ci illərdə Bakı Dəniz Yolları Məktəbində “Mühəndis-gəmi sürücüsü” ixtisasına yiyələnib. 1979-cu ildə Odessa Ali Dəniz Mühəndisləri Məktəbini “Dəniz yollarında gəmi sürücülüyü”  ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1967-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat gəmilərində matros kimi başlayıb, sonralar 1968-1994-cü illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Aydın Bəşirov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib.

Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib və 2013-cü il oktyabrın 22-dək bu vəzifədə çalışıb.

Aydın Bəşirovun dəniz nəqliyyatı sahəsində xidmətləri yüksək qiymətləndirilib. 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.  “Dəniz Donanmasının Fəxri işçisi” olan Aydın Bəşirov “Nəqliyyatda ilin adamı”, Avropa Biznes Assambleyasının “Minilliyin mükafatı”, Avropa Marketinq Araşdırmaları Mərkəzinin “Transbiznes – 2005” Qızıl mükafatı, Heydər Əliyev adına “Azərbaycan - Qazaxıstan Dostluq Cəmiyyətinin “Dədə Qorqud – Dahi Yol” Beynəlxalq sülh və birlik mükafatı, Böyük Britaniyanın “Kraliça Viktoriya” mükafatı kimi bir çox  nüfuzlu beynəlxalq mükafatlara da layiq görülüb.

Aydın Bəşirov  uzun illər Qara Dəniz Hövzəsi Gəmi Sahibkarları Beynəlxalq Assosiasiyasının (BİNSA) prezidenti olub. Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasına rəhbərlik edib.

Mahir gəmi sürücüsü və səmimi insan olan Aydın Bəşirovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin! 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır