Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

“MOL” Yaponiyanın hidrogen və bioyanacaqla işləyən ilk sərnişin gəmisinin istismarına başlayıb

Sərnişin donanmasının operatoru “MOTENA-Sea” (“Mitsui O.S.K. Lines”, “MOL” qrupuna daxildir) hidrogen yanacaq elementləri, litium-ion batareyaları və ya biodizellə işləyən “Hanaria”  kiçik sərnişin gəmisini istismara verib.

“Seanews.az” xəbər verir ki, “MOL”-un mətbuat xidmətinin məlumatında belə deyilir.  

Gəmi Yaponiyanın “Hongawara Ship Yard” tərsanəsində “MOL Techno-Trade”-in (“MOL” qrupuna daxildir) maliyyə dəstəyi ilə inşa edilib.

Qeyd olunur ki, bu, Yaponiyada belə hibrid elektrik mühərrikli ilk sərnişin gəmisidir. Layihə tərtibatçıları iddia edirlər ki, onun istifadəsi adi dəniz yanacağını istifadə edən eyni sinif gəmiləri ilə müqayisədə istixana qazı (İQ) emissiyalarını 53% və hətta 100% azalda bilər.

Göyərtəsinə hər dəfə 100 sərnişin götürəcək gəminin uzunluğu 33 metr, eni  10 metr, ümumi tutumu  238 tondur.

Gəzinti gəmisinin Kanmon boğazında Kitakyuşu (Kyuşu adası, Yaponiya) marşrutu üzrə xidmət göstərməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır