Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-15,
Seanews
Heyder Eliyev

“Wartsila” Çində tikilməkdə olan 12 konteyner gəmisini metanolla işləyən köməkçi mühərriklərlə təmin edəcək

Finlandiyanın “Wartsila” şirkəti Çinin iki gəmiqayırma zavodundan metanolla işləyən köməkçi mühərriklərin tədarükü üçün sifariş alıb.

“Seanews.az” xəbər verir ki, mühərriklər tutumu 24 min TEU olan 12 konteyner gəmisi üçün nəzərdə tutulub. Beş gəmi “COSCO Shipping Lines” üçün, yeddisi isə “Orient Overseas Container Line” (“OOCL”) üçün tikilir.

Gəmilər həmçinin selektiv katalitik reduksiya sistemləri və dəyişən cərəyan generatorları ilə təchiz olunacaq. Sifariş edilən bütün avadanlıqlar “Wartsila”-nın Şanxaydakı birgə müəssisəsi – “CWEC (Shanghai) Company” (“CWEC”) vasitəsilə Çin tərsanələrinə çatdırılacaq.

Finlandiya şirkəti qeyd edir ki, “Wartsilа 32M “seriyalı metanol mühərriki artıq bir neçə beynəlxalq təsnifat cəmiyyətlərindən texniki reqlamentlərin tələblərinə uyğunluq sertifikatı alıb.

“OOCL” konteyner xətti üçün gəmilər Nantongdakı “COSCO KHI Ship Engineering” tərsanəsində, “COSCO Shipping Lines” üçün isə Daliandakı “COSCO KHI Ship Engineering” tərsanəsində tikiləcək.

Konteyner gəmiləri 2026-cı ildə istismara veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır