Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-19,
Seanews
Heyder Eliyev

Gəmiqayırma nəhəngi istehsalatda humanoid robotlara keçid edir

Cənubi Koreyanın gəmiqayırma nəhəngi “HD Hyundai Samho” zavodlarında insanabənzər (humanoid) robotların tətbiqinə hazırlaşır. Məqsəd kəskin işçi çatışmazlığını aradan qaldırmaq və qlobal bazarda, xüsusilə Çinlə rəqabətdə üstünlük qazanmaqdır.

“Seanews.az” xəbər verir ki, ötən il keçirilən sınaqlarda bu robotlar yükdaşıma və qaynaq işlərini uğurla icra edib. Şirkət 2027-ci ildən etibarən robotların kütləvi tətbiqinə başlamağı və işçilərə süni intellekt alətləri üzrə təlimlər keçməyi planlaşdırır.

Koreya gəmiqayırma zavodları demoqrafik böhrana görə Vyetnam, Tailand və s. ölkələrdən olan miqrant işçilərdən asılı vəziyyətə düşüb. Robot texnikası həm bu boşluğu doldurmaq, həm də gələcəkdə kadr qıtlığı olan ABŞ bazarına daxil olmaq üçün strateji addımdır.

Humanoidlər insan üçün nəzərdə tutulmuş mühitlərdə rahat hərəkət edə bilsələr də, zavodlardakı nahamar səthlər, toz və hava şəraiti onlar üçün çətinlik yaradır.

Hazırda istehsalatda "ko-botlar" (insanla birgə işləyən robot qollar) və dördayaqlı mobil robotlar istifadə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır