“Ağıllı limanlar və müasir gəmiçilik” mövzusunda təlim keçirilib
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında “Ağıllı limanlar və müasir gəmiçilik” mövzusunda təlim təşkil olunub.
Tədbirin açılışında prorektor İradə Əliyeva çıxış edərək bu cür təlim və seminarların tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını bildirib.
Təlimçi, AZCON Holding-in Daxili audit departamentinin İT audit şöbəsinin müdiri Alıxəyyam Quluzadə təqdimatında ağıllı limanların rəqəmsal komponentləri, müasir gəmiçilikdə süni intellektin rolu, kibertəhlükəsizlik, blokçeyn və dəniz nəqliyyatı logistikası üzrə qlobal trendlər barədə məlumat verib.
İnteraktiv müzakirələrlə davam edən təlimdə tələbələr mövzu ətrafında fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.
Təlim “World Urban Forum 13” (WUF13) çərçivəsində hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq təşkil edilib.

