Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-19,
Seanews
Heyder Eliyev

ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni desant gəmiləri tikiləcək

ABŞ Hərbi Dəniz Qüvvələri Dəniz Piyadaları üçün nəzərdə tutulan “Landing Ship Medium” tipli yeni desant gəmilərinin tikintisinə başlayır.

“Seanews.az” xəbər verir ki, layihə çərçivəsində ilk gəmilər Missisipi və Viskonsin ştatlarındakı zavodlarda inşa ediləcək.

Məlumata görə, proqram üzrə ilkin mərhələdə səkkiz gəminin tikintisi planlaşdırılır. Yeni gəmilər Niderlandın “Damen” şirkətinin LST-100 layihəsi əsasında hazırlanacaq və Sakit okean regionunda adalar arasında dəniz piyadalarının daşınması üçün istifadə olunacaq.

Layihənin məqsədi ABŞ-ın hərbi gəmiqayırma potensialını gücləndirmək və donanmanın əməliyyat imkanlarını artırmaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır