Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-15,
Seanews
Heyder Eliyev

Tacikistan İranın Çabahar limanına investisiya qoymağı planlaşdırır

Tacikistanın nəqliyyat nazirinin müavini Şayesta Moradzadə İranın nəqliyyat və şəhərsalma nazirinin müavini Əli Əkbər Səfai ilə görüşdə ölkəsinin İranın strateji əhəmiyyətli Çabahar limanına investisiya yatırmaqda maraqlı olduğunu vurğulayıb.

“Seanews.az” bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Əli Əkbər Səfai qeyd edib ki, Çabahar limanını gələcəkdə çox yaxşı ticarət gözləyir və hazırda Hindistan və Çindən gələn xətti gəmilər birbaşa Şəhid Beheşti limanına yan alır.

Rəsmi Tacikistanın özəl şirkətlərinin Çabahar limanına sərmayə qoymasını alqışlayıb və əlavə edib ki, bu strateji limanda logistika kompleksinin tikintisi ilə tacik sərmayədarlarına Çabahar limanı vasitəsilə mallarının başqa ölkələrə tranzitinə icazə veriləcək.

İranın Oman körfəzindəki yeganə okean limanı olan Çabahar limanı həm siyasi, həm də iqtisadi baxımdan ölkə üçün böyük əhəmiyyət kəsb edir. Bu limanı inkişaf etdirmək üçün atılan böyük addımlar ölkənin dəniz ticarətini yaxşılaşdıracaq.

Çabahar limanı hər birində beş yanalma körpüsü olan Şahid Kələntəri və Şahid Beheşti terminallarından ibarətdir. Liman İranın Sistan-Bəlucistan əyalətində yerləşir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır