Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ASCO-da şəhid ailələrinin xanım üzvləri ilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) şəhid ailələrinin xanım üzvləri ilə  görüş keçirilib.

Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ASCO-nun Dayanıqlıq və emissiyaların idarəedilməsi üzrə direktorunun müavini Bəhriyyə Həsənova-Qasımova bu görüşün Novruz bayramı ərəfəsində keçirilməsinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, xalqımızın ən gözəl bayramlarından hesab edilən Novruzda qohumlarla yanaşı, diqqətə ehtiyacı olanlar da yad edilir. ASCO-nun rəhbərliyi də bayram ərəfəsində həssas qrupdan olan xanımlarla görüşün keçirilməsini vacib hesab edir. 

İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəisi Sevda Məmmədova ASCO-nun rəhbərliyi adından tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

O, müstəqil Azərbaycanın  ərazi bütövlüyünün və suverenliyinin  qəhrəman oğul və qızlarımızın canı və qanı bahasına təmin olunduğunu və Vətən üçün belə övladlar böyütdüklərinə görə valideynləri qarşısında baş əydiyini bildirib. Xüsusilə vurğulayıb ki, şəhid analarını daim diqqətdə saxlamaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Çünki məhz bu anaların verdiyi tərbiyə ilə böyüyən oğullar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  ilə bizə Zəfər sevincini yaşatdılar. Onların göstərdiyi rəşadət Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Çıxışında belə görüşlərin əhəmiyyətinə toxunan şəhid anası Flora Hüseynova ASCO-nun rəhbərliyinə minnətdarlıq edib və  göstərilən qayğı və diqqətin anaların ağrı-acılarını az da olsa yüngülləşdirdiyini söyləyib.

Tədbirdə çıxış edən “20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi” İctimai Birliyinin rəhbəri Maral Zamanova Azərbaycanda şəhid ailələrinə olan diqqət və qayğının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edib və  ASCO-nun bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır