Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Ekoloji maarifləndirmə məqsədilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) olan həmkarları ilə maarifləndirici görüşü keçirilib.

Görüş çərçivəsində iştirakçılara ekoloji monitorinqlər və onların əhəmiyyəti, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri, tullantılar üzrə dövlət statistik hesabatlarının tərtib edilməsi və aidiyyəti üzrə razılaşdırılması, tullantıların ətraf mühitə atılması, axıdılması və yerləşdirilməsinə görə ödənişlərin tətbiqi qaydalarından irəli gələn məsələlər barədə məlumatlar verilib.

Eyni zamanda, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı qarşıda duran prioritetlər ətrafında da müzakirələr aparılıb. Görüşdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti də diqqət mərkəzində olub.

Qarşılıqlı dialoq şəklində baş tutan görüşdə ASCO əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır