Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Qazaxıstanın Kurık limanı Kulsarı-Aktau avtomobil yolunun açılışından sonra yük maşınlarının axınının öhdəsindən gəlib

Kulsarı-Aktau avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunduqdan sonra 10 gün ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Kurık limanı bərə kompleksi vasitəsilə 840 yük avtomobilinin daşınması təmin edilib.

“Seanews.az” xəbər verir ki, Qazaxıstanın qərb vilayətlərində baş verən daşqın vəziyyəti ilə əlaqədar beynəlxalq magistrallarda nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi. Aprelin 14-də daşqınla bağlı vəziyyətin sabitləşməsi ilə əlaqədar məhdudiyyət götürülüb və nəticədə böyük yük maşınları axını Kurık limanına doğru hərəkət edib.

Bununla belə, limanın Azərbaycan gəmiçilik şirkəti ASCO ilə yaxşı əlaqələndirilmiş birgə işi sayəsində limanda sıxlığın və dayanmaların qarşısının alınması üçün vaxtında təşkilati tədbirlər görülüb.

Qazaxıstan Nəqliyyat Nazirliyi məlumatında bildirilir ki, aprelin 25-də saat 7.00-a kimi Kurık limanında Ələt limanına (Bakı) göndərilməyi gözləyən cəmi 78 yük maşını olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır