Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

ABŞ gəmi qəzasına görə 102 milyon dollar təzminat alacaq

ABŞ-nin Baltimor şəhərində körpünü dağıdan gəmi sahibləri ABŞ federal hakimiyyət orqanlarının mülki iddiasını həll etmək üçün 102 milyon dollardan çox təzminat ödəməyə razılaşıblar.

“Seanews.az” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi açıqlama yayıb.  

Məlumata görə, bu müqavilə körpünün yenidən qurulması xərclərini ödəmir. 

Yenidənqurma xərclərinin 1,7 ilə 1,9 milyard dollar arasında olacağı gözlənilir və körpünün 2028-ci ilin payızında tamamlanması planlaşdırılır.

Xatırladaq ki, bu ilin martında Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində 6 nəfər ölüb, bir neçə avtomobil metal konstruksiya ilə birlikdə suya düşüb. 

Qəzadan sonra liman yalnız iyun ayında ticarət gəmilərinin hərəkətinə tam olaraq açılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır