Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük balığı iqlim dəyişikliyi ilə bağlı aclıqla üzləşə bilər

Avstraliyanın Kvinslend Universitetinin alimləri belə qənaətə gəliblər ki, gələcəkdə iqlim dəyişikliyi nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan köpəkbalığının qida ehtiyatını poza bilər.

"Report" xəbər verir ki, bu barədə araşdırma "Science of the Total Environment" elmi jurnalında dərc olunub.

Alimlər belə qənaətə gəliblər ki, iqlimin istiləşməsi bu balıqların əsas qida mənbəyi olan zooplanktonun populyasiyasının azalmasına səbəb olacaq.

Tədqiqat 2100-cü ilə qədər Hind okeanında köpəkbalığı olan yerlərdə temperaturun 4,9°C yüksələ biləcəyini müəyyən edib. Bu, köpəkbalıqlarının maddələr mübadiləsi sürətini və enerji ehtiyaclarını artıracaq.

Məqalə müəlliflərinin fikrincə, tədqiqat dəyişən iqlim şəraitində dünya okeanının sakinlərinin qorunmasının zəruriliyinə diqqəti cəlb etməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır