Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-11,
Seanews
Heyder Eliyev

Fransa sahillərində superyaxta yanıb

Fransanın cənub-şərqindəki Sen-Trope limanında Malta bayrağı altında olan “Sea Lady II” superyaxtası yanıb.

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" yanğınsöndürmə xidmətindəki mənbələrə istinadən xəbər yayıb.

Yaxtada yanğın iyulun 10-da yerli vaxtla saat 20:15 radələrində (Bakı vaxtı ilə saat 22:15) naməlum səbəbdən baş verib. Yanğınsöndürənlər gəmiyə minə bilmədiklərindən alovu söndürməkdə çətinlik çəkirlər.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Su ərazisini çirklənmədən qorumaq üçün baryerlər quraşdırılıb.

Yanğınsöndürmə xidmətinin nümayəndəsi 41 metrlik gəminin batacağını ehtimal edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır