Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

ADK-da “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” adlı maarifləndirici görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində  “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” adlı maarifləndirici görüş keçirilib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən görüş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.

Görüşdə Komitənin nümayəndəsi Nailə İbrahimova və İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Ülkər Camalova narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və onun yaratdığı problemlər haqqında tələbələrə ətraflı məlumat veriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır