Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Çinin elektrik avtomobil istehsalçısı üçün yeddi avtomobildaşıyan tikiləcək

Çinin elektrik avtomobillərinin lideri “BYD” şirkəti ixrac imkanlarını artırmaq üçün iki il ərzində donanmasında avtomobil daşıyan gəmilərin sayını 8-ə çatdırmağı planlaşdırır.

Bu ilin yanvarında “BYD-nin” elektrik maşınlarını daşıyan gəmi Jenşendəki Syaomo Beynəlxalq Logistika Limanından Avropaya yola düşdü. “BYD Explorer No. 1” (RORO) gəmisi “China International Marine Containers”-in gəmiqayırma törəmə şirkəti olan “CIMC Raffles” tərəfindən istehsal edilmişdir.

7000 avtomobil tutumlu gəmi Londonda yerləşən “Zodiac Maritime” gəmiçilik şirkəti tərəfindən sifariş edilib. “CIMC Raffles”-in məlumatına görə, bu, Çin tərsanəsində sırf yerli istehsal olan avtomobillərin ixracı üçün tikilmiş ilk avtomobil daşıyıcısıdır.

Çin Dövlət Gəmiçilik Korporasiyasının törəmə şirkəti olan “CSSC Offshore & Marine Engineering” də 7000 avtomobil daşıya bilən gəmilər inşa etməyi planlaşdırır. Quançjouda artıq iki gəminin tikintisinə başlanılıb. “Nikkei” xəbər verir ki, “BYD” də öz gəmilərindən istifadə edərək daşıma xərclərini azaltmağa ümid edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır