Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Veteran dənizçi Adik Babayev 70 illik yubileyini qeyd edir

Gəmiçilik sahəsində kifayət qədər təcrübəyə malik olan Adik Babayev 70 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə yubilyarın gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Adik Babayev 03 iyun 1953-cü ildə anadan olub.

İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Adik Babyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır