Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Neft-qaz sənayesinin görkəmli təşkilatçılarından biri Sabit Orucovun anadan olmasından 108 il ötür

Bu gün təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər birliyində neft-qaz sənayesinin görkəmli təşkilatçılarından biri, SSRİ Qaz Sənayesi naziri Sabit Orucovun anadan olmasından 108 il ötür.

Sabit Orucov 1912-ci ildə Novxanıda anadan olub. SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, Krasnodarneft birliyində rəisin birinci müavini və baş mühəndis, SSRİ Neft Sənayesi Nazirinin müavini, Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi olub.

Sabit Orucov SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olub, SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz sənayesi naziri işləyib. O, Avropa və SSRİ-də 200 milyon insanın qazla təmin olunmasına nail olub.

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında müasir təhsili təmin edən vasitələrdən biri də tədris gəmisidir.

Hazırda  ASCO-nun gəmilərindən biri görkəmli alimin adını daşıyır. "Sabit Orucov” sərnişin gəmisindən ADDA tələbələrinin nəzəri və praktiki məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində istifadə olunur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır