Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Dünyanın ilk tanker muzeyində 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi açılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində Milli Azərbaycan Tarix Muzeyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20  Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi fəaliyyətə başlayıb. 

Sərgidə ziyarətçilər peşəkar rəssamların 20 Yanvar hadisələrinə həsr etdikləri əsərlərlə yanaşı, Şəhidlərə aid şəxsi əşyalar, arxiv sənədlərlə də tanış olublar.

Burada nümayiş olunan faciəni özündə əks etdirən müxtəlif materiallar, o cümlədən həmin gün Xəzərdə Sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün Bakı buxtasına gedən yolu kəsən dənizçilər haqqında məlumatlar, məşhur “Kapitanlar Şurası”nın özlərinə qərargah kimi seçdiyi “Sabit Orucov” gəmisinə aid eksponatlar da ziyarətçilərin marağına səbəb olub.

Qonaqlar sərgi çərçivəsində ASCO-nun təşəbbüsü ilə çəkilən və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan “20 yanvarda doğulanlar” bədii-sənədli filminə də baxıblar.

Qeyd edək ki, 21 yanvaradək davam edəcək sərginin məqsədi doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarını yad etmək, onların göstərdikləri şüacəti geniş auditoriyaya çatdırmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır