Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-18,
Seanews
Heyder Eliyev

Braziliya COP30 zamanı kruiz gəmilərindən mehmanxana kimi istifadə edəcək

Braziliyanın hökumət orqanları noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində məhdud mehmanxana yerlərini kompensasiya etmək üçün iki kruiz gəmisini icarəyə götürəcək.

AZƏRTAC xəbər verir ki, ölkənin “Embratur” rəsmi turizm agentliyinin məlumatına görə, tədbir zamanı Belen limanında lövbər salacaq “MSC Seaview” və “Costa Diadema” adlı kruiz gəmiləri qonaqlara ümumilikdə 6 min çarpayı yeri təqdim edəcək.

Amazon bölgəsində yerləşən Belen şəhəri COP30 konfransının təşkilində ciddi logistik çağırışlarla üzləşib. Noyabrın 10-21-də baş tutacaq tədbirə təxminən 200 ölkədən 50 min iştirakçının, o cümlədən dövlət və hökumət başçılarının, qeyri-hökumət təşkilatlarının və ekoloji fəalların qatılacağı gözlənilir.

Yaşayış planına gəmilərlə yanaşı, hotellər, kirayə mənzillər, müvəqqəti sığınacaqlar və hətta müvafiq məqsədlər üçün uyğunlaşdırılacaq məktəb binaları daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır