Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

İznik gölündən 2 min il əvvələ aid xəzinə tapılıb

Türkiyənin şimal-qərbindəki İznik gölündə aparılan tədqiqatlar zamanı əsrlər boyu suyun altında qalan tarixi artefaktlardan ibarət xəzinə aşkarlanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu il dünyaca məşhur tarixi şəhər olan və UNESCO-nun müvəqqəti İrs Siyahısına daxil edilən İznikin yeni siyahıya əlavə ediləcəyi gözlənilir.

Bu yaxınlarda İznik gölünün sahilində gəzintiyə çıxan cütlük qeyri-adi xəzinə ilə qarşılaşıb. “Arkeonews” nəşri yazır ki, bu, üzərində İsa peyğəmbərin təsviri və relyef yazıları olan 2 min illik sikkədir. Təsadüfi tapıntı yerli sakinlərin böyük marağına səbəb olub və sonradan həmin rayonda daha bir neçə qədim sikkə tapılıb. Ekspertlər hesab edirlər ki, sikkələrin mənbəyi nə vaxtsa İznik gölünün dibində olmuş və 2014-cü ildə suyun üzərinə qalxmış tarixi bazilikadır.

Sikkəni həyat yoldaşı və uşaqları ilə gölün sahilində gəzintiyə çıxan İsmayıl Yıldırım adlı sakin tapıb və onun tarixi əhəmiyyətə malik olduğunu başa düşərək dərhal İznik Arxeologiya Muzeyinə təhvil verib. Ekspertizadan sonra muzeyin əməkdaşları sikkələrdən birinin ellinist dövrünə aid olduğunu təsdiq ediblər. Üzərində İsa peyğəmbərin təsviri olan sikkə isə IX əsrə aiddir.

İznik eramızdan əvvəl IV əsrdə salınmış və zəngin tarixə və mədəniyyətə malik olan şəhərdir. Bu yaşayış məskəni istər müsəlman, istərsə də xristian sivilizasiyalarının inkişafında mühüm rol oynayıb. Burada yunan, Roma, Səlcuklu və Osmanlı sivilizasiyalarına aid çoxlu sayda qədim abidələr var.

Qədim tarixçi Strabona görə, İznikin əsası eramızdan əvvəl 316-cı ildə Makedoniyalı İsgəndərin sərkərdəsi Antiqonos tərəfindən qoyulub. Sonralar İsgəndərin digər sərkərdəsi Lisimaxos şəhəri işğal edib və onu öz arvadı Nikeinin şərəfinə adlandırıb. Roma imperiyası dövründə İznik genişlənmə və tərəqqi dövrünü yaşayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır