Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Həmkarları qocaman dənizçini yubileyi münasibətilə təbrik edib

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri ASCO-nun Dəniz Nəqliyyat Donanmasının Təchizat şöbəsinin əməkdaşı Rasim Mürsəlovu 60 illik yubileyi münasibətilə təbrik edib.

Komitənin əməkdaşları yubliyar haqqında xoş təəssüratlarını bildirib, fəaliyyətində daim xüsusi qabiliyyəti və peşəkarlıqları ilə fərqləndiyini qeyd ediblər.

Rasim Mürsəlova Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından Fəxri Fərman da təqdim olunub.

Qocaman dənizçi də öz növbəsində minnətdarlıq edərək göstərilən diqqətin sevindirici olduğunu bildirib.

Qeyd edək ki, Rasim Mürsəlov 1960-cı il mayın 1-də Qazax rayonunun Cəfərli kəndində anadan olub. 1980-ci ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sıralarında çalışır. O, 1993-cü ildən-2011-ci ilədək baş mexanik kimi işləyib. 2011-ci ildə Dəniz Nəqliyyatı Donanmasının Təchizat şöbəsinin rəis müavini təyin edilib, 2013-cü ildən həmin şöbədə mütəxəssis kimi fəlaiyyətini davam etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır