Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Cəsur matros Namiq Hüseynov: Hər savaşa ürəklə atılırdıq - VİDEO

Namiq Əzizxan oğlu Hüseynov 1990-cı il iyulun 16-da İsmayıllı rayonunun Sulut kəndində anadan olub. 1996-cı ildən Bakı şəhərinin Binəqədi rayonundakı 283 saylı orta məktəbdə, 2006-cı ildən 248 saylı gecə məktəbində təhsil alıb. 2008-2010-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2013-2014-cü illərdə 6 saylı liseydə matros peşəsinin sirlərinə yiyələnib.

2016-cı ildən ASCO-nun Xəzər Dəniz Neft Donanmasında matros işləyir. 2020-ci ilin fevralından Rusiyanın Həştərxan şəhərindəki Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda təhsil alır.

- İkinci Qarabağ savaşı başlayarkən özümə yer tapa bilmirdim. Ön cəbhəyə can atırdım. Oktyabrın 5-də artıq düşmənlə üz-üzə idim. İlk döyüşüm Suqovuşan uğrunda oldu. Sonra Ağdam və Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak etdim. Hər savaşa ürəklə atılırdıq. Özləri haqqında mif yaradan düşmən heç qaçmağı da bacarmırdı. Nəyi vardısa, atıb gedirdi.

Namiq Hüseynov Prezident İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır