Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

#BizimYubilyar: Ömrünü dənizçiliyə həsr edən Daməd İmanov 65 illik yubileyini qeyd edir - VİDEO

Bu gün ömrünü dənizçiliyə, onun inkişafına həsr edən Daməd İmanov 65 illik yubileyini qeyd edir. 

Daməd İmanov 1959-cu il aprelin 15-də Füzuli rayonunun Horadiz kəndində dünyaya gəlib.

1976-cı ildə Bakı Politexnik texnikumunun qiyabi şöbəsinə qəbul olub. 1979-cu ildə hərbi xidmətini bitirdikdən sonra Xəzər Dəniz Neft Donanmasında  matros köməkçisi kimi işə başlayıb. Daha sonra elə həmin idarədə II dərəcəli matros, I dərəcəli matros və baş matros-bosman vəzifələrində çalışıb.

1986-cı ildə  Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin gəmi sürücülüyü fakültəsini bitirərək kapitanın III köməkçisi vəzifəsinə təyin edilib. Az sonra kapitanın II köməkçisi və baş köməkçisi olub. 1988-ci ildə gəmi kapitanı vəzifəsində çalışmağa başlayıb. 1996-cı ildə XDND-də şöbə rəisi vəzifəsinə təyin edilib. 1999-cu ildə Mahaçqala şəhərində İdarəetmə və Biznes İnstitutunu bitirib. Bundan sonra yenidən kapitan vəzifəsinə qayıdıb. 2006-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” fakültəsinə qəbul olub, 2010-cu ildə oranı bitirib.

2007-ci ildən 2014-cü ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının Abşeron rayon Dəniz Neft Donanma İdarəsinin rəisi vəzifəsində işləyib. 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təhlükəsiz üzmə departamentinin rəis müavini, 2016-cı ildə isə Xəzər Dəniz Neft Donanması rəisinin birinci müavini vəzifəsinə təyin olunub. 2017-ci ilin yanvarından ASCO sədrinin 1-ci müavininin müşaviridir.

Daməd İmanov işlədiyi vaxt ərzində kollektiv arasında böyük hörmət və rəğbət qazanıb.  Ən əsası, onun zəhmətkeşliyi hədər getməyib,çəkdiyi əziyyətlərin bəhrəsini görüb. O, 20-dən artıq fəxri diploma layiq görülüb.

2016-cı il 25 iyunda səmərəli əmək fəaliyyətinə görə və “Dənizçi Günü” peşə bayramı münasibətilə “Donanmanın Fəxri işçisi” döş nişanı ilə təltif edilib.  2017-ci il 23 iyunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.  2018-ci il 20 oktyabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.

Daməd müəllimi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır