Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Gəmi-muzeydə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib - FOTOLAR+VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 1 İyun –  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ASCO-nun təşəbbüsü ilə “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında tərtib olunmuş “Dənizçilik əlifbası” kitabının ingilis dili variantının,  eyni zamanda gəmiçilik mövzusunda hazırlanmış “puzzle”nin də təqdimatı olub.

Həmçinin uşaqlar arasında "puzzle" yarışı keçirilib və yarışın qalibləri mükafatlandırılıb.

Uşaqların bayramı "subsoccer" yarışı ilə də yadda qalıb.

Bayramla əlaqədar ASCO-nun "Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun üzvlərinin iştirakı ilə "Suraxanı" kuboku yarışı təşkil olunub.

Tədbirdə Əməkdar artist Bəhram Bağırzadə də iştirak edib. O, uşaqlarla görüşərək, onlara imzalı kitablarını hədiyyə edib.

Gün münasibətilə muzeyə azyaşlıların girişi tamamilə ödənişsiz olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır